"Bu ay ərzində ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən prezidentlərin görüşünün keçirilməsi gözlənilir. Bunu hətta Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da deyib". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib.
PA rəsmisi Ceyms Uorlikin ABŞ-da Dağlıq Qarabağın qondarma rejimin XİN rəhbəri ilə görüşünə də münasibət bildirib.
N. Məmmədov amerikalı həmsədrin düzgün addım atmadığını vurğulayıb : "Amerikalı həmsədr Ceyms Uorlik Dağlıq Qarabağın qondarma rejimin XİN rəhbəri ilə gedib başqa yerdə də görüşə bilərdi. Təəssüflər olsun ki, ikili standartlar hökm sürür. Uorlik düzgün addım atmayıb. Bu, qəbul edilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB