Bu günümüzə və sabahımıza açılan yol

Bu günümüzə və sabahımıza açılan yol

Xalqımızın tarixi səlnaməsinə qızıl hərflərlə adını əbədi olaraq həkk etmiş siyasi xadim,ümummilli lider Heydər Əliyevin bu gün gənclər qarşısında qoyduğu tələb və tövsiyyələr öz bəhrəsini verməkdədir. Hələ ötən əsrin 70-ci illərindən başlanan, Azərbaycanın böyük oğlu Heydər Əliyevin böyük iradəsi hesabına əldə olunan strategiyaya uyğun respublikamızda bir çox genişmiqyaslı proqramlar, sosial-mədəni həyatın canlandırılması və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilən qorxmaz addımlar gələcək müstəqilliyimizin təmin olunması üçün potensial hazırlamışdı. Bu gün əzmlə deyə bilərik ki, iyirmi dörd illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil və beynəlxalq arenada söz sahibi olan ölkədir. Azərbaycanın dövlət müstəqilliyinin şərəfli yolu respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.Bu sərvətin bir parçası da ULU ÖNDƏR Heydər Əliyevin mətanətlə ərsəyə gətirdiyi Müstəqil Azərbaycanın davamçıları olan Azərbaycan gəncliyidir.

Müstəqil Azərbaycan Respublikasında gənclərlə iş sahəsində o zaman yaranmış boşluq 1993-cü ilin iyununda məhz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra aradan qaldırılmağa başlandı və gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Məhz 1993-cü ildən başlayaraq Azərbaycanda dövlət gənclər siyasəti təşəkkül tapmağa başladı. 1993-cü ilin 22 sentyabrında Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən, Respublika Ali Sovetinin sədri, ümummilli lider Heydər Əliyev gənclərin bir qrupu ilə görüşü zamanı, Azərbaycan gəncliyini ölkənin ictimai-siyasi həyatında müstəqil Azərbaycanın inkişafında daha fəal iştirak etməyə, ölkənin taleyinə biganə qalmamağa çağırmışdı. Böyük siyasət adamın bu çağırışı məhz bu günümüzə hesablanan strategiya idi. Həmin ərəfədə ardıcıl olaraq ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyul ayının 26-da bu siyasəti həyata keçirəcək yeni dövlət quruluşunun - Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı.Təbii ki, yeni nazirliyin qarşısına qoyulan əsas məsələlərdən biri böyüməkdə olan nəslin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunması, gənclərin sosial-iqtisadi problemlərinin həlli, mənəvi ehtiyaclarının ödənilməsi, gənc nəslin hərtərfli inkişafı üçün şəraitin yaradılması oldu.. Beləliklə,Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları Azərbaycanın gəncliyini dünya miqyasına çıxarmaqla yanaşı həmdə Respublikada çoxsaylı nailiyyətlərə imza atıldı. Davamlı inkişafın daha bir təzahürü isə Prezident Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin 2 fevralında keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti idi.

Forumda Azərbaycan gəncliyi: bu sırada tələbələri, hərbiçiləri, jurnalistləri, siyasi partiya və gənclər təşkilatlarını təmsil edən 2 mindən çox nümayəndə dayanırdı. Forumun işində respublika Prezidenti başda olmaqla bütün dövlət orqanlarının rəhbərlərinin iştirakı, gənclərin irad və təkliflərini dinləmiş, bütün Azərbaycan gəncliyinin problemlərini yaxından öyrənib. Forumda böyük nitq söyləyən Azərbaycan Prezidenti gəncliyin qarşısında çox böyük vəzifələr durduğunu, onun əsas vəzifəsinin isə özünü Müstəqil Azərbaycan Respublikasının inkişafına, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olduğunu qeyd etməsi və bu prinsipləri unutmamağa çağrması idi.

Onun hər bir çıxışı Ali Baş Komandan kimi gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycan ordusuna, onun daha da möhkəmləndirilməsinə diqqəti artırmağı həm bir tələb kimi, həmdə xalqımız qarşısında gənclərin vəzifələri kimi vurğulanırdı. Heydər Əliyev qeyd edirdi ki, gənclər təşkilatlarını,o cümlədən gənclərin və hər bir vətəndaşın əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya hazırlamaqdan, vətənə xidmətin meyarlarını hazırlamaqdan ibarət olmalıdır. "Hər bir gənc orduya səfərbər olmağa hazır olmalı və orduda xidmət etməyi özünə şərəf bilməlidir".

Bu gün ulu öndərin bu sözləri müasir Azərbaycan gənclərinin həyat devizidir. Ümummilli lider siyasi fəaliyyəti dövründə istər SSRİ –də mühüm dövlət vəzifələrində çalışdığı zaman Azərbaycanın gələcəyini düşünmüş və zamanın yetişəcəyinə hesablanan addımlar atmaqdan çəkinməmişdir. Təbii ki,bu işlərin sovet imperiyası dövründə həyata keçirilməsi ağılagəlməz hesab edilsədə məhz bu addımları Heydər Əliyev atdı. 1972-ci ildə onun bilavasitə təşəbbüsü və təkidi ilə Bakıda xüsusi hərbi məktəb - Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmasına nail oldu. Bəli bu gün Azərbaycan milli ordusunun yaranmasında və təşəkkül tapmasında bu məktəb çox böyük xidmətlər göstərərək, hər il onun 800-900 müdavimi Sovet İttifaqının ali hərbi məktəblərinə göndərilirdi. İndi ordumuzda xidmət edən zabitlərin çoxu həmin dövrdə hazırlanan zabitlərdir. Heydər Əliyev gənclərin qarşısında təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayaraq qeyd edirdi ki, bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə qalxmaqdır. Gənclərimizin qarşısında duran əsas vəzifələrdən birinin də mənəvi tərbiyə məsələsinin olduğunu qeyd edən Prezident gəncləri ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dərindən mənimsəməyə çağırmış və göstərmişdi ki, milli dəyərlərimizi, milli ənənələrimizi, dilimizi, dinimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Öz çıxışında dövlət başçısı vətənpərvərlik məfhumunun mahiyyətini açıb göstərmişdi: "Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".

Bu gün fəxarətlə deyə bilərik ki, ölkəmizin müxtəlif sahələrində - yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, nazirlik və idarələrdə yüzlərlə gənc öz vəzifələrini layiqincə yerinə yetirirlər. İdarə rəhbərləri, nazir müavinləri, nazirlər, millət vəkilləri, siyasi xadimlər arasında Azərbaycan gəncliyini ləyaqətlə təmsil edən çoxlu şəxslər var və bu gerçeklik sabahımıza yeni stimul verir. Dövlət gənclər siyasətinin müasir tələblərə uyğun qurulması ölkə gənclərinin həyatın başqa sahələrində olduğu kimi, idman sahəsində də uğurlu nəticələr əldə etməsidə prioritet vəzifələrdən biridir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycanın hər bir vətəndaşının prezidenti,o cümlədən gənclərin və idmançıların lideri İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə gənclər üçün yeni bir mərhələ açılmışdı. Respublikamızın müxtəlif bölgələrində Olimpiya İdman komplekslərinin tikintisi,eləcədə yeni müasir idman qurğuları gənclərimizin istifadəsinə verilməsi istiqamətində davamlı tədbirlər idmançı gənclərimiz onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə adekvat cavab vermələri, beynəlxalq səviyyəli idman yarışlarında bir sıra uğurlu nəticələr qazanıblar. Xüsusən, 2000-ci il Sidney Yay Olimpiya oyunlarında idmançılarımızın 2 qızıl və 1 bürünc medal qazanmaları gələcəkdə idmanımızın daha böyük qələbələr qazanacağına ümidlərimizi artırdı. Bunu 2003-cü ilin yekunları da bir daha təsdiq edir. Əgər 2002-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 175 medal qazanmışdılarsa, 2003-cü ildə bu rəqəm 188-ə çatıb. Bu gün isə Azərbaycan böyük idman yarışlarına ev sahibliyi etməsi heçdə təsadüfdən yaranmayıb. Birinci Avropa oyunlarının Bakıda keçirilməsi həm siyasi,həmdə nüfüz baxımından Azərbaycan üçün böyük əhəmiyyətə malik idi.Xalqımızın birliyi və uzaqgörənliyi,cənab prezident İlham Əliyevin siyasi iradəsi ilə birləşərək böyük nailiyyətlərə imza atmaqda davam edəcək.

Beləliklə müasir Azərbaycan gəncliyi bu gün yaxşı başa düşür ki, onların firavan yaşayışı, ölkənin xoşbəxt gələcəyi yalnız və yalnız Heydər Əliyevin zəngin ideya irsini dərindən mənimsəməklə, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısının ətrafında sıx birləşməklə bağlıdır.

2003-cü ilin dekabrında Azərbaycan son dərəcə ağır, üzüntülü, adamları şoka salan bir itki ilə üzləşdi: ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyev vəfat etdi. Ağır matəm günlərində xalqımızın gecə-gündüz Fəxri xiyabana axışıb öz böyük oğluna sevgisini gül-çiçəklə, göz yaşları ilə ifadə etməsi Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə münasibətini, sonsuz sevgisini əyani şəkildə göstərir. Bu ehtiram sonsuzdur. Xalqımız bu zəngin ideyalardan böyük mənəvi güc alaraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha firavan gələcəyini quracaq.

Günhan Hüseynli,

Bakı Avrasiya Universitetinin

İnzibati İdarəetmə üzrə prorektoru

Bütün xəbərlər Facebook səhifəmizdə