MTN əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

MTN əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın xəbərinə görə, milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev və nazirliyin struktur idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

MTN əməkdaşları həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə güllər qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə