"O zamanlar qədir bilən xalqımız ancaq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı bu kritik vəziyyətdən xilas edəcəyini başa düşərək meydanlara çıxdı. Onlar Ulu Öndərin hakimiyyətə gəlməsini bildirdilər və dahi şəxsiyyətə müraciət etdilər". SİA-nın məlumatına görə, bunu Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan 1988-1993-cü illərdə böhran içində yaşayırdı: "O zamanlar qaz, işıq, benzin, çörək yox idi. İnsanlarımız çox ağır bir şəraitdə yaşayırdı. Hətta o vaxtlar ümid belə yox idi ki, Azərbaycan o katostrafik, bərbad vəziyyətdən çıxa biləcək. Hamının yadındadır ki, o zamanlar 4 iyunda səriştəsiz Azərbaycan Xalq Cəbhəsinin (AXC) siyasəti nəticəsində Gəncədə qardaş qırğını oldu. Bu hadisə həmin o böhranın nəticəsi kimi idi. O zamanlar qədir bilən xalqımız ancaq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı bu kritik vəziyyətdən xilas edəcəyi üçün meydanlara çıxdı. Onlar Ulu Öndərin hakimiyyətə gəlməsini bildirdilər və dahi şəxsiyyətə müraciət etdilər. Respublikada böhran vəziyyəti idi. Həmin anlarda Ümummilli Lider Naxçıvan şəhərində yaşayırdı. O zaman heç kim cürət edib Azərbaycana gələ bilməzdi. Çünki burada silahlı dəstələr, qruplar hakimiyyətə gəlmək uğrunda mübarizə edirdilər. Hətta onlar müəyyən kəşfiyyat orqanlarına qulluq edirdilər".
M.Quliyev əlavə edib ki, o zamanlar Ulu Öndər Heydər Əliyev öz xalqını belə bir anda tək qoya bilməzdi: "Dahi şəxsiyyət özünün və ailəsinin həyatını təhlükə altında atdı və Bakıya gəldi. Qısa bir zamanda o vəziyyəti analiz etdi və Gəncəyə gələrək orada ağır görüşlər keçirdi. Ondan sonra isə Ümummilli Lider Bakıya qayıdaraq tanıdığı, bildiyi adamları vəzifəyə çağırdı və Azərbaycanın prioritet istiqamətlərini göstərdi, ölkəmizi o böhranlı vəziyyətdən çıxardı. Bu gün Azərbaycan Respublikası şərəfli yol keçir və dünyada tanınır. Ölkəmizi inkişaf etmiş dövlətlərlə müqayisə edirlər. Bu həqiqətən də belədir. Çünki Ulu Öndər bunu görürdü və istiqamətləri göstərirdi. Bu gün xalqımız həmin o istiqamətdə də hərəkət edir. Xalqımız cənab Prezident İlham Əliyevə çox minnətdardır. Çünki ölkə başçısı Heydər Əliyev siyasətini uğurla davam etdirir. Biz azərbaycanlılar xoşbəxt millətik ki, bu gün bunu gördük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB