"Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Belqradda keçirilən toplantısında ilk dəfə olaraq işğal altında olan Azərbaycanın 7 rayonunun boşaldılması təklifinə Ermənistan tərəfinin hansısa reaksiyası boş şeydir. Çünki Rusiya Ermənistanı dövlət saymır, əksinə onu özünün ərazisi sayır". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Sergey Lavrov həddindən artıq ağıllı, eyni zamanda məkrli bir siyasətçidir: "Onun bu fikirləri söyləməsinin arxasında başqa bir məsələnin dayandığını görürəm. Çünki inandırıcı görünmür. Azərbaycan-Türkiyə münasibətlərinin həddindən artıq yaxınlaşması və Rusiya-Türkiyə müharibəsinin gərginləşməsi və s. qardaş ölkələrin münasibətlərinə kölgə salmağa xidmət edir. Lavrov açıq şəkildə bildirir ki, əgər Azərbaycan Rusiyanın yanında olsa işğal altında olan 7 rayon qaytarılacaq. Azərbaycanla bağlı belə bəyanatlar dəfələrlə verilib. Amma təəssüf ki, bu günə kimi Rusiya tərəfi bir addım da olsa atmayıb. Mən bunu siyasi gediş kimi dəyərləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB