"Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Belqradda keçirilən toplantısında ilk dəfə olaraq işğal altında olan Azərbaycanın 7 rayonun boşaldılması təklifi ilə çıxış etməsi yalnız sözdən ibarətdir, əməldə bunların heç biri real deyil".
QAT sədrinin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində indiyədək nəinki Sergey Lavrov, eləcə də ABŞ-ın Azərbaycandakı səfiri də müxtəlif bəyanatlarla çıxış ediblər: "Amma təəssüf ki, bunların hamısı boş sözlərdən ibarətdir. Bu sözlərin hamısı deyilir və kağız üzərində qalır. Əgər Rusiya doğurdanda Dağlıq Qarabağın ətrafındakı 7 rayonun qaytarılmasını istəyirsə, o mövqedə dayanırsa, Rusiyaya əngəl olacaq heç bir qüvvə yoxdur. Rəsmi Moskva bir barmağının işarəsi ilə Ermənistanı həmin ərazilərdən çıxara bilər. Amma Rusiya bunu etmir. Onda belə çıxır ki, o öz dediklərində səmimi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB