Ermənilər nəyə arxalanır? Açıqlama

Ermənilər nəyə arxalanır? Açıqlama

"Beynəlxalq təşkilatların beynəlxalq hüquq normalarına olan hörmətsizliyi münaqişələrin həllində ən əsas maneədir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanata qarşı Ermənistanın mövqeyini şərh edərkən deyib.

O bildirib ki, Ermənistan nəinki ATƏT-in aldığı qərarlara həmçinin BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin və Avropa Şurasının aldığı qərarlara da əməl etmir: "Ermənistan heç bir beynəlxalq təşkilatın qəbul etdiyi qərarları icra etmir. Lakin ona qarşı hər hansı bir təzyiq və ya sanksiyalar da müəyyənləşdirilmir. Bu da ortada qəribə bir vəziyyət yaradır. Yaranmış Krım böhranı ilə bağlı Rusiyaya qarşı bütün təşkilatlar tərəfindən sanksiyalar tətbiq edildi. Lakin Azərbaycan ərazisini işğal etmiş Ermənistanla bağlı belə bir qərar qəbul olunmayıb. Beynəlxalq təşkilatların beynəlxalq hüquq normalarına olan hörmətsizliyi münaqişələrin həllində ən əsas maneədir".

Millət vəkili qeyd edib ki, Ermənistanda bu arxayınçılıq dünyada onu fəal şəkildə təmsil edən erməni diasporasına görə yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə