"Ünvanlı sosial yardımın verilməsində problem yaranmayacaq" Açıqlama
"Vətəndaşlar ünvanlı sosial yardımdan elektron formada yararlanarkən heç bir problemlə üzləşməyəcəklər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı ünvanlı sosial yardımın verilməsinin elektron formada həyata keçirilməsi şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda artıq neçə ildir ki, Prezident İlham Əliyevin sərəncamı əsasında "elektron hökumət" proqramı fəaliyyət göstərir və bu proqram vasitəsilə hökumətin müxtəlif istiqamətlərindəki fəaliyyətinin tətbiqində elektron informasiya texnologiyalarından istifadə olunur.
Millət vəkili bildirib ki, bunun ən bariz nümunəsi "Asan Xidmət"dir və əgər bu gün vətəndaşlar "Asan Xidmət"dən faydalanarkən heç bir problemlə üzləşməyiblərsə, deməli ünvanlı sosial yardımdan elektron formada yararlanarkən də heç bir problemlə üzləşməyəcəklər: "Əslində bu sayədə vətəndaşlar heç bir məsafə qət etmədən ünvanlı sosial yardım almaq üçün rahat bir şəkildə müraciət edə biləcəklər. Eyni zamanda bu məmur və vətəndaş kontaktını da azaltmaqla vətəndaşa qarşı yarana biləcək bürokratik əngəllərin qarşısını alacaq. Həmçinin dövlətin rüşvət və korrupsiyaya qarşı apardığı mübarizəyə də dəstək olacaq.
Bu çox gözəl, eyni zamanda uğurlu bir sistemdir və dünyanın aparıcı dövlətlərində də tətbiq olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB