İlham Əliyev:"Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır" RƏSMİ AÇIQLAMA
Azərbaycana rəsmi səfərə gələn Türkiyə Cumhuriyyətinin Baş naziri Əhməd Davudoğlunu ölkə Prezidenti cənab İlham Əliyev qəbul edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın bütün məsələrdə qardaş ölkə Türkiyənin yanında olduğunu bildirib: "Bütün məsələlərdə bir-birimizin yanındayıq. Bu dəyişməzdir. Biz istəyirik ki, bölgədə sülh olsun. Bütün ölkələr rahat yaşasınlar. İstəyirik ki, Türkiyə daha güclü olsun. Azərbaycanın da gücü artacaq. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edirəm. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz işğal altındadır.
Azərbaycanın çox zəngin qaz ehtiyatları olduğunu vurğulayan ölkə başçısı deyib: "Azərbaycan Türkiyə və Avropaya qazını göndərəcək. Bizim əsas ixrac yolumuz bəllidir. Bu Türkiyədir. Türkiyə və Azərbaycan olaraq gücümüzə güc qatırıq, dostuq, qardaşıq və əsas məsələ də budur. Türkiyə və Azərbaycan olaraq hər zaman bir-birimizi dəstəkləyib, bir-birimizin yanında olacağıq. Biz dostuq, qardaşıq. Bütün məsələlərdə bir-birimizi dəstəkləyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB