Davudoğlu Azərbaycandan Putinə səsləndi Son Dəqiqə

Davudoğlu Azərbaycandan Putinə səsləndi Son Dəqiqə

Türkiyənin Azərbaycanda səfərdə olan baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinə paytaxt Bakıdan müraciət edib. SİA-nın "Sputniknews"a istinadən verdiyi məlumata görə, nazir Putinə vəziyyəti gərginləşdirməməyi məsləhət görüb.

Türkiyənin baş vermiş hadisənin səbəbkarı olmadığını vurğulayan nazir Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqo tətbiq etməsində ziddiyyət olduğunun deyib: "Özlərinə qarşı iqtisadi sanksiya tətbiq edildiyində buna etiraz edən bir dövlət indi isə başqa bir ölkəyə eyni iqtisadi sanksiyanı tətbiq edir. Bir daha gərginliyi artıran açıqlamaları ilə çıxış edən cənab Putinə çağırış edirəm ki, əvvəlcə iki ölkə arasındakı gərginliyi azaldaq. Bir-birini qarşılıqlı ittiham etmək əvəzinə danışıqlar zəminində görüşək".

Bütün xəbərlər Facebook səhifəmizdə