Rövşən Rzayev: “Milli Şura” istənilən provokasiyadan istifadə etmək istəyir” AÇIQLAMA

Rövşən Rzayev: “Milli Şura” istənilən provokasiyadan istifadə etmək istəyir” AÇIQLAMA

"Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "milli şura" bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edib və yararlanmağa çalışıb". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, "Mili Şura"dakılar sadəcə olaraq xarici qüvvələrin təsir mexanizmi hesabına özlərini bu cür aparırlar: "Onlar da İslam dini altında özlərinin məkrli niyyətlərini həyata keçirmək istəyirlər. Bu şəxslər başa düşməlidirlər ki, Azərbaycanda bu cür hallar baş verə bilməz. Çünki dövlətimiz güclüdür. Ölkə başçısı cənab İlham Əliyev bu istiqamətdə çox uğurlu işlər görüb. "Milli Şura"dakılar səhv yoldadırlar. Şuradakılar xalq arasında özlərinə heç cür yer tapa bilmədiklərinə görə, Nardaran hadisələrindən və buna bənzər digər olaylardan yararlanmağa çalışırlar. Təbii ki, bu da alınan məsələ deyil. "Milli Şura" istənilən problemdən, provokasiyadan istifadə etmək istəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə