XİN sözçüsü: “Məqsədyönlü şəkildə ölkəmizə qarşı istifadə edirlər” AÇIQLAMA
"Təəssüflər olsun ki, bir sıra internet media orqanlarında, o cümlədən də haqqın.az saytı tərəfindən ölkəmizin uğurlu xarici siyasətinə qarşı əsassız olaraq bir sıra qarayaxma fikirlər irəli sürülür". Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Qurum rəsmisinin sözlərinə görə, bəzi mətbuat orqanları tərəfindən Azərbaycanın xarici siyasəti ilə bağlı bəzi məsələlər təhrif edilir və böhtanxarakterli yazılar dərc olunur: "Ümumiyyətlə bunlar qəbuledilməzdir. Bir növ ölkəmizin uğurlu xarici siyasətinə ləkə yaxmaq kimi siyasət yürüdülür. Bu gün ölkəmizdə mətbuatın azadlığı tam şəkildə təmin olunub. Azərbaycan XİN də dövlətimizin peşəkar jurnalistləri və kütləvi informasiya vasitələri ilə effektiv şəraitdə öz əməkdaşlığını davam etdirir. Amma bəzi KİV-lər, xüsusilə də internet media orqanları vardır ki, onlar bu mətbuat azadlığından sui-istifadə edirlər.
Təəssüflər olsun ki, onların bu qarayaxma kampaniyaları da tez bir şəkildə beynəlxalq medianın diqqətinə çıxır. Məsələn, "googlenews" və yaxud da digər rus dilli beynəlxalq media resurslarında Azərbaycan haqqında axtarışlar aparan zaman tamamilə məsuliyyətdən kənar qarayaxma tipli xəbərlər başlıqlara çıxır ki, bundan da erməni mediası və digərləri məqsədyönlü şəkildə ölkəmizə qarşı istifadə edirlər. Hər hansı bir məlumat verilməmişdən əvvəl özünə hörmət edən jurnalist obyektivlik prinsipindən çıxış edərək xəbəri dəqiqləşdirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB