"Mənim İsa Qəmbərlə və yaxud da Arif Hacılı ilə şəxsi zəmnində heç bir problemim olmayıb. Sadəcə partiyadaxili məsələlərdə fikirlərimiz üst-üstə düşməyib. Bu konteksdə də İsa Qəmbərlə danışılmalı məsələ yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı deyib.
Tural Abbaslı qeyd edib ki, İsa Qəmbər partiyada rəsmi olaraq rəhbər funksiyası daşımır. Sadəcə olaraq keçmiş başqan olaraq birbaşa Məclis üzvüdür: "Onunla bu məsələlər barədə danışmağın mənası yoxdur. Arif Hacılıya gəlincə, bu, mümkün deyil. Çünki o sədr seçildikdən sonra "Burada mənəm, Bağdatda kor xəlifə" prinsipi ilə fəaliyyət göstərir. İstər partiyadaxili vəziyyət, istərsə də müxalifətin ümumi vəziyyəti barədə hansısa müzakirələrə həvəsli görünmür.Ancaq, mən təbii ki, irad və təkliflərimi mətbuat və ya sosial şəbəkələr vasitəsiylə bildirirəm. Lazım olsa bəhrələnə bilər.Bu məsələdə başqa bir yanaşmam var. Mən artıq müxalifətin durumunu 23 illik müxalifətdə qalan siyasilərlə müzakirə edilməsində də bir məna görmürəm. Çünki bu insanlar artıq cəmiyyətin böyük əksəriyyətinin etimadını itiriblər və proseslərə təsir etmək gücündə deyillər.Odur ki, bu problemlərin həlli yolları ancaq və ancaq xalqdan , onunla işləməkdən asılıdır. Biz də "AĞ Blok" olaraq bu istiqamətdə işləməyi daha faydalı heaab edirik. Əminəm ki, biz bu istiqamətdə doğru siyaaət yürüdə bilsək tez zamanda xalqın dəstəyini qazana biləcək müxalif qüvvə olacağıq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB