Cümşüd Nuriyev: “Nardaranda qatı şiə xürafatı gündəmdədir” AÇIQLAMA

Cümşüd Nuriyev: “Nardaranda qatı şiə xürafatı gündəmdədir” AÇIQLAMA

"Azərbaycan hüquqi, demokratik dövlətdir, ölkədə bütün məsələlər qanunlar əsasında tənzimlənir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, xarici dövlətlər başqa dövlətlərin ərazisində hər hansı bir təbliğat işi və yaxud da təxribat işi aparmaqdan ötrü ölkədə ekstremistlərdən daha çox istifadəyə etməyə çalışır: "Çünki ağıllı insanlarla radikal insanların arasında fərq var. Radikallar adətən daha çox səviyyəsi aşağı olan və eyni zamanda pulu meyl edən insanlar olur. Amma ağıllı müxalifət olanda onlar konstruktiv hərəkət edirlər və radikalizmdən qaçırlar. Təbii ki, dini sahədə bizdə kifayət qədər boşluqlar var. Nəzərə alsaq ki, Azərbaycan yeni müstəqillik qazandığına görə bəzi dövlətlər üçün də bir eksperiment zonasına çevrilib. Ona görə də burada vəhhabilər istəyirdilər ki, özlərinin təbliğatını aparsınlar. Bu gün həmçinin şiə məsələsi gündəmə gəlir və "nurçuluq" var. Bundan başqa Azərbaycanda indi sələfilər, xəvaricilər və s. bu tip təriqətə, dini mənsəbə olanlar özlərinə yer etmək istəyirlər".

C.Nuriyev əlavə edib ki, təəssüf ki, Nardaranda da həddən artıq qatı şiə xürafatı gündəmdədir: "8-10 yaşında uşağın radikal çıxış etməsi və onu ağsaqqalların alqışlaması o deməkdir ki, artıq həmin qəsəbədə insanlar İslamı olduğu kimi başa düşməyib. Burada cənub qonşumuzun böyük təsiri var. Birdən-birə bu məsələlərin gündəmə gəlməsi Azərbaycanda təsadüfi deyil. Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra İran, Rusiya öz xidmətini göstərmək üçün bu məsələni gündəmə gətirdi. Yəni Azərbaycan dövlətinin hazırda atdığı addımlar alqışlanası addımlardır. Təbii ki, müvəqqəti çətinliklər olacaq. Ümumilikdə bu işdə Azərbaycan dövləti udacaq. Ona görə də bu işdə cənab Prezident İlham Əliyevə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə