Aydın Quliyev: “Milli Şura”nın hadisələrə yanaşması düzgün deyil” AÇIQLAMA
"Bu gün "Milli şura" Azərbaycanın nüfuzunu zədələmək üçün xaric anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdır. Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən "milli şura" bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edib və yararlanmağa çalışıb". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, Nardaranda belə hadisələr çox olub: "Hər dəfə bu hadisələrin arxasında müəyyən pozucu beynəlxalq dairələrin olduğu deyilib və müəyyən mənada sübut da olunub. Amma buna baxmayaraq bəzi siyasi qüvvələrin, o cümlədən də "Milli Şura"nın hadisələrə bu cür yanaşması heç də düzgün deyil. Ən azından nəzərə almaq lazımdır ki, Nardaranda baş verən hadisə ölkədə demokratik dövlətçiliyə, hüquqi dövlətçilik prinsiplərinə, Azərbaycanın prespektiv inkişaf maraqlarına tamamilə zidd olan şeylərdir. Ona görə də hadisələrə yalnız bu kontekstdə yanaşmaq lazım idi. Amma "Milli Şura"nın hadisələrə yanaşması, siyasi münasibəti yalnız öz maraqlarına uyğun şəkildə olub. Əgər Nardaranda baş verən hadisənin arxasında bu kəndin sakinləri dayanmış olsa idi, o zaman orada ölənlərin sayı yüzlərlə olmalı idi. Burada yalnız kiçik ekstremist qruplardan söhbət gedir. Məhz buna görə də oradakı hadisələri bütün Nardaran sakinlərinin adı ilə bağlamaq və buna uyğunda siyasi nəticə çıxarmaq qəti şəkildə yolverilməzdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB