Arzu Nağıyev: "Rusiya nə Türkiyə, nə də NATO ilə müharibəyə getməz" MÜNASİBƏT
"Belə bir şəraitdə Rusiya vəziyyətin gərginləşməsini istəmir. Çünki bu gün qarşıdurma Türkiyə-Rusiya arasında deyil, məhz Rusiya-NATO arasındadır". Bu fikirləri SİA-ya siyasi ekspert Arzu Nağıyev gərgin Türkiyə-Rusiya münasibətləri fonunda yarana biləcək NATO-Rusiya qarşıdurması məsələsinə münasibət bildirərkən deyib.
Arzu Nağıyev bildirib ki, Rusiyaya qarşı Qərbin sanksiyaları davam edir: "Ukrayna məsələsi hələ də bitməyib. Suriyada aparılan müharibə Rusiya hökumətinə milyonlarla vəsaitə başa gəlir. Eyni zamanda Rusiyanın daxilində qeyri-stabillik hökm sürür, Şimali Qafqazda münaqişələr davam edir. Bundan əlavə Orta Asiyada Rusiyaya qarşı gərginlik hökm sürür. Düşünürəm ki, bütün bunları anlayaraq Rusiya nə Türkiyə, nə də NATO ilə müharibəyə getməz".
Siyasi ekspert çıxış yolunun Rusiyanın Türkiyə və Qərblə danışıqlar masasına oturmaq olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB