Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak etməkdir. Səfər çərçivəsində Elmar Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB