“Müxalifət partiyaları yanlış siyasətləri ilə proseslərdən kənarda qalıblar” MÜNASİBƏT

“Müxalifət partiyaları yanlış siyasətləri ilə proseslərdən kənarda qalıblar” MÜNASİBƏT

"Cəmil Həsənli ilə İsa Qəmbərin görüşünün hansısa siyasi nəticəsi olacağını düşünmürüəm. Çünki faktiki olaraq İsa Qəmbər Müsavat Partiyasının, Cəmil Həsənli isə AXCP-nin rəhbərləri deyillər". Bu fikirləri SİA-ya Müsavat Partiyasının keçmiş divan üzvü Tural Abbaslı Müsavat Partiyasının eks başqanı İsa Qəmbərlə Milli Şuranın sədri Cəmil Həsənlinin görüşünə münasibət bildirərkən deyib.

Tural Abbaslı qeyd edib ki, bu insanlar sözügedən qurumlar adından çıxış edə bilməzlər: "Onların yenidən hansısa birlik yaradacaqları inandırıcı görünmür. Ümumiyyətlə müxalifət düşərgəsində bütün birliklər seçkilər dönəmində yaranır. Ancaq təəssüf ki, indiki siyasi şəraitdə müxalif partiyalar öz yanlış siyasətləri nəticəsində proseslərdən kənarda qalıblar. Milli Şuraya daxil olan partiyalar qurum dağılmadan hansısa yeni birliklərdə təmsil olunmayacaqlar. Müsavat da bu qurumdan zamanında ayrıldığı üçün geri qayıtmayacaq. Konkret olaraq bu görüşün nəticəsində hansısa siyasi yeniliyin olacağına inanmıram".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə