"Suriya böhranı Qərb dövlətlərinin Yaxın Şərq strategiyasında"

Şikar İbrahimov, AMEA İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Konfiliktologiya şöbəsinin elmi işçisi
"Suriya böhranı Qərb dövlətlərinin Yaxın Şərq strategiyasında"

Ərəb baharı adı altında başlayan yaxın şərq böhranı dərinləşməkdə davam edir. Yaxın Şərqdə xalqların demokratiya və azadlıqlar uğrunda başladıqları mübarizə bir çox dövlətdə hakimiyyət dəyişikliyinə səbəb oldu. Lakin zaman göstərdiki bu inqilablar xalqlara demokratiya deyil xaos gətirdi. Nəticədə bir çox müsəlman dövləti qanlı toqquşmaların baş verdiyi əraziyə çevrildi. Son zamanlar dünya gündəminin ən önəmli məsələsi Suriya konfliktidir. Bölgədə çox mürəkkəb və ziddiyətli mənzərə yaranıb. Daxildə baş verən döyüşlərlə yanaşı bölgəyə marağı olan kənar qüvvələrin müdaxilələri ölkədə vəziyyəti dahada acınacaqlı edib. Suriyada yaşanan fəlakətin miqyasını inkar etmək çətindir. 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlanandan bəri 270 min adam həlak olmuş, 12 milyon suriyalı ölkəni tərk etmişdir. Milyonlarla adam təhlükədən qurtulmaq üçün İordaniya, Türkiyə və son aylarda Avropaya üz tutublar.Onu deyə bilərikki Suriyada son illərin ən böyük insani faciəsi yaşanır.

Bəs Suriyada konflikt necə başladı? Suriyanı vətəndaş müharibəsinə sürükləyən hakimiyyət mübarizəsidi yoxsa bunun başqa səbəbləri var? Bəlkə bu böyük dövlətlərin geosiyasi bir oyunudu? Suriya konfliktini sadəcə olaraq rejimə qarşı bir mübarizə kimi izzah etsək məsələni çox sadələşdirmiş olarıq. Problem bu qədər sadə deyil. Burada dünyanın böyük güclərinin və ocümlədən bir çox region dövlətlərinin maraqları kəsişir. Bir fikirə əmin ola bilərikki Suriyadakı məsələ hakimiyyət davası deyil. Bir tərəfdə Amerikanın , Qərb dövlətlərinin, İsrailin, Türkiyənin və Amerikanın təsirində olan bir sra ərəb dövlətlərinin dəstəklədiyi müxalifət var. Digər tərəfdə isə Rusiya, İran və bir sra ərəb dövlətlərinin dəstəklədiyi Bəşər Əsəd rejimi. İŞİD isə regionu təhdid edən ümumi bəlaya çevrilib.

Suriyanın demoqrofik müxtəlifliyi bir sıra dövlətlərin burada xaos yaratmasına zəmin yaratdı. Ölkə əhalisinin 75 faizi sünni, 12 faizi ələvi müsəlman, 12 faizi xristiandır. Ölkədə sünnilər çoxluq təşkil etsələr də hakimiyyət ələvilərin əlindədi. Məhz bu baxımdan Suriyadakı konfiliktin əsas səbəblərindən biri də məhzəb məsələsidi. Bölgədə sünni-şiə qarşıdurması özünü açıq şəkildə göstərir. Qərbin dəstəklədiyi Səudiyyə Ərəbistanı və Qətər üçün ən böyük təhdid bölgədə şiəliyin yayılmasıdı. Bu səbəbdən də vəhabilərin idarə etdiyi Səudiyyə Ərəbistanı İranı bölgədə hər zaman düşmən mövqeyində görüb.Yaxın keçmişə nəzər salsaq görərik ki, haradaki şiələr baş qaldırır orada Səudiyyə Ərəbistanı açıq şəkildə müdaxilə edib. Misal olaraq deyə bilərik ki, Bəhreyində şiələr baş qaldıran zaman Səudiyyə Ərəbistanı duruma açıq müdaxilə etmişdi. Bildiyiniz kimi Bəhreyin əhalisinin 75 faizini şiələr təşkil edir. Hal-hazırda Səudiyyə Ərəbistanı Yəməndə də Husilərə qarşı mübarizə aparır.

İran əhalisinin şiə olduğuna görə Suriyadakı şiə hakimiyətinə dəstək verməsi təbii görünür. Necə ki bu dəstəyi İran Əsəd rejiminə verir. İran demək olarki regiondaki bütün şiələrə açıq dəstək verir.

Bölgəyə nəzər yetirsək görərik ki İraqda, Suriyada, Livanda şiələr hakimdirlər. Hizbullah və Həması da İranın dəstəklədiyin bilirik. Yəməndə isə Husilər hakimiyyətə gəlməyə çalışırlar. Göründüyü kimi bölgədə İran dəstəkli şiə dövlətləri yayılır. Ümumi baxdıqda görərik ki, region dövlətlərini narahat edən ən mühüm məsələlərdən biri İran və onun dəstəklədiyi şiəliyin yayılmasıdı. Amerika və Qərb dövlətləri bu amillərdən böyük məharətlə istifadə edərək bölgədə şiə-sünni konfilikti yaratmaqla İslam dövlətləri və Müsəlman xalqlarını məhv etməyə çalışırlar.

Əslinə baxsaq görərik ki, bölgədəki bu durum Amerikanın, Qərb dövlətlərinin və İsrailin işinə yarayır. Bölgədə parçala hökmranlıq et siyasəti aparılır. Suriya konfliktinin əsas səbəblərindən biri də böyük güclərin bölgədə mövqe qazanmaq mübarizəsidi.

İstər ABŞ və Qərb dövlətləri, istərsədə Rusuyanın bökgədə hətbi və siyasi hədəfləri çox açıq görünür. Məqsəd yaxın şərqdə mövqe qazanmaq və enerji qaynaqlarının nəqli üzərində hökumranlıq etmək .Yoxsaki bölgədə demokratikləşmə adı altında aparılan mücadilə nağıl kimi görünür.Çünki demokratiya ,terrorla, xalqlar arasında ədavət salınaraq yaradılmır.

Amerikanın The National İnterest te Giorgio Cafiero jurnalında Daniel Viqnerin "Türkiyə və Qatar :Başarısızlığa məhkum bir Suriya Siyasətini Paylaşan Yaxın Müttəfiqlər" başlıqlı bir yazı nəşr edildi. Yazıda Türkiyənin Suriya ilə sərhədinin uzunluğu və Qatarın da pulunun çoxluğu iki ölkəyə Suriya ordusu və müttəfiqlərinə qarşı mübarizə aparan müxtəlif islamçı qrupları dəstəklədikləri bildirilir. Lakin bunun Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra Bəşşər Əsəd rejimini devirməyə yetməyəcəyini yazır.

Yəni Türkiyənin geosiyasəti Qatarın pulu ilə "Cihadçı-Sələfi "quruplara göstərilməkdə olan dəstəklə Suriyadakı muharibənin uzana biləcəyini xatırladılr.

"Təbii qaz geopolitkası" alt başlığı altında verdiyi yazıda müəllif göstətməyə çalışırki Türkiyə ilə Qatarın Əsəd rejiminə qarşı müxalifəti dəstəkləmələri bir yana, təbii qaz geopolitikası da Ankara ilə Dohanın Suriyyaya qarş münasibətlərində önəmli yerə sahibdir və 2009-da Əsədin Qatardan Türkiyəyə təbii qaz daşıyacaq boru xəttinin Suriyadan keçməsi proyektini rədd etmiş olduğu bildirilir.

Bu layihəyə görə təbii qaz Qatarın şimal nöqtəsindən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçməli idi. Belə qənaətə gəlmək olarki Bəşər Əsəd rejiminin bunu qəbul etməməsi Rusiya ilə bağlıdı. Rusiyanın Suriya ilə tarixi əlaqələrini və bundan əlavə, Rusiyanın Qara dəniz donaması üçün yeganə Aralıq dənizi hərbi bazasının Suriyanın Tartus limanında yerləşməsin nəzərə alsaq, Bəşər Əsədin bu layihəyə razılıq verməsi mümkün deyildi. Bildiyiniz kimi Rusiya Avropa Birliyinin bir nömrəli qaz tədarükçüsüdür və hər kəsə məlumdur ki Avropa Birliyi dövlətləri istifadə etdikləri qazın yarısından çoxunu Rusiyadan alırlar. Məhz bu baxımdan AB dövlətlərinin Rusiyadan enerji aslılğı mövcuddur. Hazırki məqamda Rusiya ilə ABŞ arasında qarşılıqlı embarqoların tətbiq edildiyi bir vaxtda bu məsələ xüsusi önəm kəs edir.

Ayrıca 2010 ilində Bəşər Əsəd İran təbii qazını İraq dan keçərək Suriyaya çatdıracaq 10 milyard dollarlıq "İslami boru xətti" layihəsinin danışıqlarına başlamışdı. 2012-ci ilin iyulunda Əsəd rejimi İranla bu məsələ liə bağlı razılıq memorandumu imzalamışdı. O imza Suriyanı İran və İrakdan keçməklə (Şiələrin yaşadığı Bağdatdan) Qərbə yönələn bir "enerji koridoru" halına gətirdi. Belə düşünmək olarki Suriyanın Yaxın Şərqdə enerji koridoru potensialı davam etməkdə olan münaqişənin əsas səbəblərindən biridir və bu koridorun bir-birinə məhzəb bağlılığı olan "Tehran-Bağdad-Şam üçlüyü"ndə olması bir sıra bölgə və beynəlxalq gücləri qane edə bilməzdi. İstər bu amil, istərsə də Rusiya ilə Qərb güclərinin enerji koridoru üzərində apardıqları mübarızə Suriya münaqişəsinin əsas səbəblərindəndir.

Açıq demək lazımdırki Türkiyənin Qatarla əlbir olub bu münaqişəni yaratması fikri həqiqətdən çox uzaqdı. Görünür Qərb mətbuatında konfiliktləri regionallaşdıraraq məsuliyyəti öz üzərilərindən atmağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə