"Baş Prokurorluq cinayətkar dəstə ilə danışıqlar aparmaq niyyətində deyil"
Baş Prokurorluq olaraq silahlı ekstremist cinayətkar dəstə ilə hər hansı bir danışıqlar aparmaq niyyətində deyilik. SİA-nın xəbərinə görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Prokurorluq rəsmisi qeyd edib ki, Baş Prokurorluq Məşədi Natiq Kərimovun danışıqlar təklifini qəbul etməyib.
E.Sultanov qeyd edib ki, Nardaran qəsəbəsində baş vermiş ölümlə nəticələnən silahlı insidentlə bağlı Baş Prokurorluqda cinayət işi başlanılıb: "Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmaqla qeyd edilən cinayətin bütün iştirakçılarının, həmçinin həmin silahlı cinayətkar dəstəyə köməklik etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB