Musa Qasımlı: “Dövlətlərarası münasibətlərin inkişafına yardım edəcək" AÇIQLAMA
"Cənab Prezidentimiz İlham Əliyevin Belarusa səfəri xarici siyasət fəaliyyətinin bir səhifəsidir". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, ölkələrimizi siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə çoxlu tellər birləşdirir: "Qarşılıqlı münasibətlərin geniş perspektivləri vardır. Səfər zamanı müzakirə ediləcək və imzalanacaq sənədlər dövlətlərarası münasibətlərin inkişafına yardım edəcək".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 27-28 noyabr tarixlərində Belarusa rəsmi səfər edib. Azərbaycan prezidenti Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək, həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Prezident İlham Əliyevin Minskdəki Qələbə abidəsinə əklil qoyması və Belarusun Böyük Vətən Müharibəsi tarixi muzeyinə ziyarət etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB