Ərdoğan: "Türkiyənin qəzəbi şiddətli olacaq" VİDEO

Ərdoğan: "Türkiyənin qəzəbi şiddətli olacaq" VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi təyyarəsinin vurulmasından sonra qonşu ölkələrə xəbərdarlıq etməsi böyük marağa səbəb olub. SİA-nın məlumatına görə, Ərdoğanın qonşu ölkələrə etdiyi sərt xəbərdarlıq internetdə sürətlə yayılıb və izlənmə rekordu qırıb. Türkiyə prezidentinin sözlərindən hazırlanan klip hazırda sosial şəbəkələrdə sürətlə yayılır.

Ərdoğanın sərt açıqlaması türkləri və bu məsələdə Rusiyaya qarşı olan təbəqələri məmnun edib. Ancaq sosial şəbəkələrdə Ərdoğanın fikirləri ilə razılaşmayanlar da olub. Bəziləri Rusiyaya dəstək verir və Türkiyənin bu məsələdə haqsız olduğunu düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə