Aydın Mirzəzadə: “Ekstremistlərin pozuculuq fəaliyyəti göz qarşısında idi” AÇIQLAMA

Aydın Mirzəzadə: “Ekstremistlərin pozuculuq fəaliyyəti göz qarşısında idi” AÇIQLAMA

"Nardaran kəndində baş verən məlum hadisələr cəmiyyətdə böyük narahatçılıq doğurdu. Çünki növbəti dəfə xaricdən maliyyələşən, təlimatlar alan insanlar Azərbaycanda stabilliyi pozmağa, qanuni hakimiyyəti silahla devirməyə çalışırlar. Bununla belə onlar din pərdəsi altında gizlənməyə, islami dəyərləri gözdən salmağa çalışırlar". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin o insanların nə dinə, nə də Nardaran kəndinə hər hansı bir aidiyyatı yoxdur. Din pərdəsi altında bunlar artıq bir müddətdir ki, silahlanır, dövləti, hakimiyyəti zorla çevirmək çağırışı edirlər. Onlar öz ətraflarına həyat təcrübəsi olmayan, dindən az məlumatlı radikal əhval-ruhiyyəli gəncləri toplamağa çalışırlar. Düzdür, onlar elə də böyük bir dəstə yarada bilməmişdilər. Ancaq onların pozuculuq fəaliyyəti göz qarşısında idi. Ötən gün hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı polisə qarşı əllərində olan silahlardan atəş açması onların doğurdanda ciddi hazırlıqlarını göstərirdi".

A.Mirzəzadə əlavə edib ki, məqsədli surətdə xaricdən Azərbaycan cəmiyyətinə qeyri-stabillik yaratmaq istəyən qüvvələr var: "Azərbaycandakı stabillik, ölkəmizin rəvan inkişafı, Azərbaycanın bu gün dünyanın nüfuzlu ölkələrindən birinə çevrilməsi xaricdən müəyyən dairələri rahat buraxmır. Onlar dini, radikal əhval-ruhiyyəli gəncləri bu gün hakimiyyətə qarşı silahlanmağa və ən əsası cəmiyyətdə qan tökməyə sövq edirlər. Təsadüfi deyil ki, həmin qrupun üzvləri sosial şəbəkədə vaxtaşırı da çağırışlar edirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə