Əsədin çoxdankı arzusu Açıqlama - SƏS TV

Əsədin çoxdankı arzusu Açıqlama - SƏS TV

"Rusiya üçün bu hadisə Türkiyə və NATO tərəfindən birgə hazırlanmış bir plan kimi qəbul edildi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib. O, Rusiyanın Suriyada apardığı hərbi əməliyyatları şərh edib: "Rusiya artıq bir aydan çoxdur ki, bu bölgədə hərbi əməliyyatlar aparır. Lakin buna baxmayaraq, böyük bir dəyişiklik əldə olunmayıb. Rusiya iqtisadi tənəzzül yaşamasına baxmayaraq, burada apardığı əməliyyatlarda hər gün 5-10 milyon dollar civarı pul itirir. Bu gün Suriyada müəyyən nöqtələr vurulsa da, bəzi ərazilər alınsa da, böyük bir dəyişiklik əldə olunmayıb".

Türkiyə tərəfində Rusiyaya məxsus təyyarənin vurulması faktını şərh edən Arzu Nağıyev Rusiya-Türkiyə münasibətlərinin bir sonrakı mərhələsindən danışıb: "Suriya başçısı Bəşər Əsəd bu müharibədə həmişə Türkiyə və NATO-nu Rusiya ilə üzbəüz qoymaq istəyirdi. Demək olar ki, o, öz istəyinə çatdı. İlk öncə bölgədəki türkmən məsələsi qabardıldı. Daha sonra onlara qarşı hərbi əməliyyatlar aparılmağa başlandı. Məhz bundan sonra Türkiyə həmin bölgəyə xüsusi təyinatlı dəstə göndərdi. Suriya isə bu məsələni Türkiyənin lehinə çevirdi. Nəticədə bu hadisə Rusiya üçün Türkiyə və NATO tərəfindən birgə hazırlanmış plan kimi qəbul edildi. Türkiyə isə bunu öz hava məkanının pozulması kimi qiymətləndirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə