“Sarkisyan özünü hakimiyyətdə saxlamağın variantını hazırlayır” AÇIQLAMA

“Sarkisyan özünü hakimiyyətdə saxlamağın variantını hazırlayır” AÇIQLAMA

"Ermənistandakı Konstitusiya islahatlarının əsas təyinatı Ermənistan prezidenti Serj Sarkisyanı gələcəkdə də hakimiyyətdə saxlamaq üçündür". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Sarkisyan hakimiyyətinin konstitusiya islahatları adı altında referendum keçirmək niyyətinə münasibət bildirərkən deyib.

Mərkəz sədrinin sözlərinə görə, Sarkisyan bu yolla özünü hakimiyyətdə saxlamağın variantını hazırlayır: "Heç şübhəsiz ki, o özündən sonra da hakimiyyəti məqsəd bildiyi adama ötürməyin modelini hazırlayır. Nəzərdə tutduğu adam isə kürəkəni Mixail Minastandır. Bu şəxs hazırda Ermənistanın Vatikandakı səfiridir. Bu, heç də gözdən pərdə asmağa yönəlməyib. Konstitusiya islahatları adı altında referendumun keçirilməsində də məqsəd Sarkisyanı gələcəkdə hakimiyyətdə saxlamaqdır. Məncə Sarkisyan özünü hakimiyyətdə saxlamaq üçün bu variantı seçib ki, Ermənistanda onun mənsub olduğu partiya keçmiş Sovet İttifaqı Kommunist partiyası kimi uzun müddət hakimiyyətdə qalmalıdır. Təbii ki, o da həmin partiyanın başında dayanaraq Ermənistanı idarə etməlidir. Sarkisyanın modeli bundan ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə