Elmar Məmmədyarov həmkarı ilə görüşüb

Elmar Məmmədyarov həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 26 noyabr 2015-ci il tarixində Tbilisidə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısı çərçivəsində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə