QHT-lərin Ümumrespublika Forumu keçirilib YENİLƏNİB

QHT-lərin Ümumrespublika Forumu keçirilib YENİLƏNİB

Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin Ümumrespublika Forumunu keçirilib. SİA-nın məlumatına görə, Forumda Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin prioritetlərinin müəyyənləşdirilməsi ilə əlaqədar ictimai dinləmələr keçirilib. Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti müzakirə edilib.

Şuranın 2015-ci ildə dəstəklədiyi layihələrə toxunan Azay Quliyev bidlirib ki, cari ildə Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitdən qənaətlə istifadə olunub: "Belə ki, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda Şura və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa 2013-2014-cü illərdə QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Forumda çıxış edən Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2016-cı il maliyyə müsabiqəsinin mövzuları, ictimai aktuallıq kəsb edən məsələlər, probemlərin müəyyən edilməsi və onların həlli yolları, təsvir və təqdimetmə qaydaları və s. haqqında ətraflı təqdimatla çıxış edib.

F.Qurbanov car ildə həyata keçirilən layihələrin icra vəziyyəti və hesabtalılıq məsələlərinə də toxunub: "Katiblik layihələrin icrasına nəzarəti daim təkmilləşdirir və QHT-lərin fəaliyyətinin qanunauyğun qurulması üçün zəruri tədbirlər görür. Təəssüf ki, əldə olunan müsbət nəticələrə baxmayaraq hələ də bir sıra QHT-lərin müqavilə öhdəliklərinin icrasında ciddi problemlər müşahidə olunmaqdadır. Şuranın Katibliyi müqavilə öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görüb və onlar haqqında müxtəlif qərarlar qəbul edib. Belə ki, 89 yerli və xarici QHT-dən 135.843 manat vəsait tutulub. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam etdirilib".

Toplantıda çıxış edən QHT rəhbərləri Şuranın növbəti il üçün maliyyə yardımı müsabiqəsi mövzuları ilə bağlı rəy və təkliflərini səsləndirib, ictimai aktuallıq kəsb edən məsələlərlə əlaqədar fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə