Rusiya Türkiyə vətəndaşlarına viza vermir BÖHRAN

SU-24 insidenti Antalyanın idman-turizm sektoruna 70% zərər vuracaq
Rusiya Türkiyə vətəndaşlarına viza vermir BÖHRAN

Rusiyaya səfər etmək istəyən bir çox Türkiyə vətəndaşı ölkə ərazisinə buraxılmayıb. SİA xəbər verir ki, bu barədə CNN TÜRK informasiya saytı yazır. İnformasiyada xatırlanır ki, Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra xarici işlər naziri Sergry Lavrov ölkəsinin vətəndaşlarına "Türkiyəyə səfər etməyin" tövsiyəsini vermişdi. Saytın yazdığına görə, rəsmi Moskva bununla işini bitmiş hesab etməyib. Belə ki, Rusiyanı ziyarət etmək istəyən çoxsaylı Türkiyə vətəndaşlarının ölkə ərazisinə buraxılmamasına başlanılıb. Diplomatik qaynaqlardan əldə edilən məlumatlara əsasən, 2 gündə Rusiyaya turist səfəri etmək istəyən 40 Türkiyə vətəndaşı iki ölkə arasında viza razılaşması olmasına rəğmən, müxtəlif bəhanələrlə ölkəyə qəbul edilməyib. Onların ilk təyyarə ilə Türkiyəyə geri göndərildikləri bildirilir.

Daha sonra qeyd edilir ki, yaranmış böhran idman-turizm sahəsinə də təsirsiz ötüşməyib. Belə ki, qış aylarında Antalyada təlim-məşq düşərgələrinə gedən Rusiyanın futbol klubları da bu ənənəyə son qoymağa məcbur olublar. Hətta öncədən sifariş verilmiş rezervlər də ləğv edilib. Halbuki, qış aylarında bir çox ölkələrdən Antalyanın təlim-məşq düşərgələrinə çoxsaylı futbol klubları gedir. Onların 50 %-ni isə məhz Rusiya klubları təşkil edir.

Artıq bu kimi addımların atılması Antaliyanın turizm-otelçilik sektorunda narahatlıq doğurmağa başlayıb. "Məsələ ondadır ki, təkcə idman turizmi sahəsində bir ildə 100 milyon avro gəlir əldə edən turizm şirkətləri hazırda həmin gəlirin 70 faizinin itirilməsindən ehtiyat etməyə başlayıblar" -deyə, adıçəkilən sayt yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə