Azay Quliyev: "360 min manat vəsaitə qənaət olunub"

Azay Quliyev: "360 min manat vəsaitə qənaət olunub"

"Cari ildə Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitdən qənaətlə istifadə olunub". SİA-nın məlumatına görə, bunu bu gün şura sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, QHT-lərə maliyyə yardımı fondundan, eyni zamanda Şura və Katibliyin saxlanma xərclərindən 360 min manat vəsaitə qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur. Bundan başqa 2013-2014-cü illərdə QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitə də diqqətlə yanaşılıb və 1.927.788 manat növbəti illərdə istifadə olunması üçün Şuranın hesabında saxlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə