Avropa əvvəlki Avropa deyil Açıqlama

Avropa əvvəlki Avropa deyil Açıqlama

"Hazırkı gərgin geosiyasi fonda Avropada vahid bir qoşun yaratmaq asan başa gəlməyəcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov Avropa İttifaqının vahid ordu yaratması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələ bu gün üçün çox müəmmalı və eyni zamanda mürəkkəb məsələdir: "Hazırkı gərgin geosiyasi fonda Avropada vahid bir qoşun yaratmaq asan başa gələcək məsələ deyil. Digər tərəfdən Avropa artıq vahid Avropa deyil. Avropa İttifaqında ön cərgələrdə iştirak edən iki ölkə var: Fransa və Almaniya. Lakin Şərqi Avropa və Balkan yarımadasında yerləşən – Macarıstan, Bolqarıstan və s. Avropa ölkələrinin fikirləri Qərbi Avropa ölkələrinin fikirləri ilə üst-üstə düşmür".

Politoloq bildirib ki, Avropa Birliyi yaxın ərazidə baş verən terror aktlarına və dini ekstremist qruplaşmalara qarşı hansısa bir hərbi qurum yarada bilər, lakin Avropa tərəfindən vahid bir qoşun yaratmaq reallaşacaq bir məsələ deyil.

Onun fikrincə bölgədə NATO kimi bir qurum olduğu halda Avropada hansısa bir qoşun yaratmağa bir o qədər də ehtiyac yoxdur: "Faktiki olaraq Qərbi Avropanın bütün ölkələri NATO-ya daxildir. Bundan əlavə bölgədə hansısa bir vahid qoşunun yaradılması məntiqli deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə