Aydın Mirzəzadə: “YAP vaxtaşırı dialoqun keçirilməsinin tərəfdarıdır” AÇIQLAMA
"2015-ci il parlament seçkiləri ili idi. Beləcə, hər bir siyasi partiya özünün seçki təbliğatı ilə məşğul idi. Aydın məsələdir ki, burada siyasi rəqabət, parlamentdə təmsil olunmaq uğrunda mübarizə bütün partiyaların fəaliyyətində əsas istiqamət idi. Seçkilər başa çatdıqdan sonra isə artıq ənənəvi iqtidar-müxalifət dialoqu məsələləri gündəmə çıxır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası həmişə dialoqun tərəfdarı olub: "Hətta dəfələrlə onun təşəbbüsü ilə YAP-ın qərargahında və yaxud digər yerlərdə iqtidar-müxalifət dialoqu keçirilib, müxtəlif məsələlər müzakirə olunub. Ümumilikdə götürdükdə cəmiyyətin bütün əsaslı siyasi qüvvələri bu görüşlərdə iştirak ediblər. YAP vaxtaşırı dialoqun keçirilməsinin tərəfdarıdır. Yəni bu məsələlər hazırda nəzərdən keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB