Tamerlan Vahabov: “Hər şey tam nəzarət altındadır” AÇIQLAMA

Tamerlan Vahabov: “Hər şey tam nəzarət altındadır” AÇIQLAMA

"Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı qərəzli münasibəti tarixən özünü göstərib". Bunu SİA-ya beynəlxalq eskpert Tamerlan Vahabov erməni terror təşkilatlarının təhdidlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, praktiki olaraq terror hadisələrində də biz bunun şahidi olmuşuq: "Təbii ki, Azərbaycan da bu terror hadisələrindən vaxtilə çox əziyyət çəkib. Buna misal olaraq Bakı Metropolitenində baş verən hadisələri və s. göstərə bilərik. Hətta bu terror hadisələrini müəyyən dərəcədə Avropaya da şamil edə bilərik. Terror təşkilatları hər zaman bunu öz gündəliklərində saxlayırlar. Ermənistanın hər hansı bir siyasi oyunu baş tutmayanda, effekti olmayanda ermənilər dərhal terrora əl atırlar. Bu, eyni zamanda qorxaqlıq əlamətidir. Bütün terror hadisələrinə baxmayaraq, ölkəmizin hüquq-mühafizə orqanları bunun qarşısını ala biləcək. Çünki hər şey tam nəzarət altındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə