Siyavuş Novruzov: “Müxalifətin dediklərinin heç bir əsası yoxdur” AÇIQLAMA
"2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasında Milli Məclisə keçirilən seçkilər çox uğurlu oldu. Bu, böyük bir siyasi kampaniya idi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov seçkilərin yekunu ilə bağlı fikirlərini bildirərkən deyib.
YAP İcra katibi müavinin sözlərinə görə, bu siyasi kampaniyada bir çox siyasi partiyalar, ayrı-ayrı fərdi vətəndaşlar iştirak edirdi: "Seçkinin keçirilməsi üçün bütün mühit yaradılmışdı. Ölkədə həm ictimai-siyasi sabitlik, seçki mühiti, həm də qanunvericiliyin tam seçki prosesində cavabdehliyi bu seçkilərin uğurlu olmasına şərait yaratdı. Beləcə Yeni Azərbaycan Partiyası da bu seçkilərdə qələbə qazandı".
Müxalifətin seçkilərin nəticələri ilə barışmamasına da aydınlıq gətirən YAP rəsmisi sözlərinə əlavə edib ki, onların dediklərinin heç bir əsası yoxdur: "Çünki bu proseslər nəticəsində biz gördük və əvvəlcədən də müəyyən etdik ki, müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur. Seçkilərin nəticələri də bunu açıq-aşkar göstərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB