"Məntəqənin nəticələri etibarsız hesab edilməlidir" MSK-nın Ekspert qrupu
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK üzvü Ramiz İbrahimov müraciətlər barədə məlumat verib.
İclasda 69 saylı Cəlilabad Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Elçin Axundzadə, Ağahüseyn Gözəlov, Murad Hüseynov və digər namizədlər həmin dairə üzrə seçki nəticələrinin ləğv edilməsini xahiş ediblər. Onlar müraciətlərdə dairənin 1, 2, 3, 4, 6, 8 saylı məntıqələrində ciddi qanun pozuntularının oluğunu iddia ediblər. R.İbrahimov deyib ki, MSK-nın Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, iddialar əsassızdır: "9 saylı seçki məntəqəsində səslərin sayılmasında qüsurlar olduğundan, həmin məntəqənin nəticələri etibarsız hesab edilməlidir. Ona görə şikayət qismən təmin edilib. Buna baxmayaraq, bu, ümumi nəticəyə təsir etməyib".
Diqqətə çatdırılıb ki, həmin seçki dairəsində lider namizəd Vətəndaş Həmrəliyi Partiyasının üzvü Fəzail İbrahimlidir.
Daha sonra MSK katibi Arifə Muxtarova 2015-ci il noyabrın 1-də təyin edilmiş Mili Məclisə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara qarşı əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokloun tərtibi barədə məlumatları diqqətə çatdırıb.
Bundan sonra MSK sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edlməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə məlumatları diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB