“Serj Sarkisyan hər dəfə sərsəm fikirlə gündəmə gəlmək istəyir” Politoloq
"Xocalı şəhərində aeroport inşa da olunacaq, istifadəyə də veriləcək. Ancaq bu, Ermənistan tərəfindən deyil həmin ərazilərin tarixi sahibliyini özündə daşıyan və bütün dünyanın da təsdiq etdiyi kimi ərazi olaraq mənsub olduğu Azərbaycan Respublikası tərəfindən baş tutacaq". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, bu gün Serj Sarkisyanın belə sərsəm fikirlər səsləndirməsi özünü və hakimiyyətini gündəmdə saxlamaqdan o tərəfə olmayan bir məsələdir: "Əslində bu cür fikirlər səsləndirmək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gecikdirən beynəlxalq təşkilatların qərar və tövsiyyələrini ələ salmağa hesablanıb. Hesab edirəm ki, həm münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunin həmsədri olan ölkələr, həm də digər təşkilatlar Serj Sarkisyanın bu kimi bəyanatlarına qəti etirazın bildirməli və onu münaqişənin nizamnlanmasında təxribatçılıq etməməyə çağırmalıdır. Əks təqdirdə, Azərbaycan tərəfinin razılığı olmadan onun ərazisində belə bir açılışın olmasına əsl layiqli cavabı Ali Baş Komandanın əmri ilə Azərbaycan qoşunları verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB