Tural Abbaslı: “Rəsul Quliyev qeyri-ciddi siyasi fiqurdur” MÜNASİBƏT
"Rəsul Quliyev zaman-zaman aidiyyatı olmayan məsələlərə aidiyyatsız mövqe sərgiləməklə özünü siyasi arenada qeyri-ciddi siyasi fiqur kimi təsdiq edib". Bu fikirləri SİA-ya Müsavat partiyasının keçmiş divan üzvü Tural Abbaslı Rəsul Quliyevin xaricdən ölkədəki müxalifət partiyalarına ideya və təkliflər verməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Rəsul Quliyev 2005-ci ildən bu yana sərgilədiyi siyasi cəsarətsizliyi ilə artıq unudulmuş insandır: "Onun xaricdə oturub buradakı müxalifət dairələrinə "ağıl" öyrətməsi sadəcə olaraq gündəmdə qalmaq, yaddaşlardan silinməmək üçün atdığı addımdır. Düşünürəm ki, nəinki Rəsul Quliyevin, hətta Azərbaycanda oturub nəsə etməyə çalışan onun həmyaşıdlarının cəmiyyət tərəfindən nüfuzları yox həddindədir. Belə olan halda siyasi səhnədə adlarının ciddi məsələlərdə hallanmasının tərəfdarı deyiləm".
Fikirlərini davam etdirən Tural Abbaslı qeyd edib ki, Rəsul Quliyev əvvəllər yüksək vəzifələrdə çalışmış olsa da, hazırda o, tükənmiş siyasi fiqurdur və onun fikirləri heç kimə lazım deyil: "Yaxşı olardı ki, bu ahıl yaşında oturub öz istirahəti ilə məşğul olsun".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB