Ədliyyə Nazirliyi AXCP ilə əlaqədar QƏRAR VERDİ

Səbuhi Aslanbəyli: “Əli Kərimli gecə-gündüz “facebook” qarşısında oturub olmayan partiyasını idarə edir”
Ədliyyə Nazirliyi AXCP ilə əlaqədar QƏRAR VERDİ

"Hazırda alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyində sənədlərinə baxılır. Əli Kərimliyə isə məhkəməyə müraciət etmək tövsiyyə olunub". Bu fikirləri SİA-ya açıqlamasında Razi Nurullayevin müavini Səbuhi Aslanbəyli deyib.

Onun sözlərinə görə, hələ də özünü AXCP sədri hiss edən Əli Kərimli xilas yolunu klavyatura qəhrəmanlığında görür: "Bu adam yalan danışmaqdan bezmir, gecə-gündüz "facebook" qarşısında oturub, olmayan partiyasını idarə edir. Ancaq nə qədər yalan danışdığının fərqinə varmır. O öz səhifəsində iddia edib ki, Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb və guya mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etməyi təklif edib. Əslində isə reallıq tamamilə əksinədir. Yəni Əli Kərimli hər zamankı kimi ictimai rəyə yalan məlumat verir. Əgər bundan sonra AXCP adından çıxış etsə cəzanalacaq. Çünki kimsə hansısa təşkilat adından çıxış edirsə, həmin təşkilatın dövlət tərəfindən rəsmən tanınması lazımdır. Əli Kərimli isə sentyabr ayından, yəni qurultay keçirdikdən sonra AXCP sədri deyil. Bu baxımdan da hesab edirik ki, o bundan sonra sussa yaxşıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə