Arzu Nağıyev: "Ermənistanın cinayətkar rəhbərliyini ifşa etmək lazımdır" ŞƏRH

Arzu Nağıyev: "Ermənistanın cinayətkar rəhbərliyini ifşa etmək lazımdır" ŞƏRH

Bu günə qədər işğalçı Ermənistana qarşı sanksiyaların tədbiq olunmamasının əsas səbəbkarı məhz münaqişənin həlli ilə bilavasitə məşğul olmalı olan ATƏT-in Minsk qrupunun və onun təmsil etdiyi dövlətlərdir".

Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib. Politoloq qeyd edib ki, Azərbaycana qarçı keçirilən terror aktları nəticəsində 2000-ə yaxın vətəndaşımız həlak olub: "Bu bir faktdır və bütün dünyaya məlumdur. Ölkəmizə qarşı əsasən terror 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsinə qədər olsa da sonradan dəfələrlə atəşkəs pozulub və ermənilərin terror fəaliyyəti davam edib. Yəni, ATƏT-in Minsk qrupu, orada təmsil olunan dövlətlər əsasən sülh müqaviləsinin imzalanması, münaqişənin sülh yolu ilə həlli, atəşkəsə riayət etmək kimi tezisləri ilə bir addım belə irəli gedə bilməyiblər. Məlum Madrid prinsiplərində ərazi bütövlüyü dəfələrlə vurğulansa da bu haqda danışılmır.Bundan başqa Ermənistana havadarlıq edən və özünə strateji tərəfdaş hesab edən bir sıra dövlətlər və Qərbdəki erməni diasporaları bu məsələdə maraqlıdırlar. Ermənistana qarşı hər hansı təzyiq və ya sanksiya tətbiq etmək üçün onun cinayətkar rəhbərliyinin beynəlxalq səviyyədə ifşası labüddür. Əgər yadınızdadırsa, Avropa Şurası Parlament Assambleyasında Robert Valterin Dağlıq Qarabağla bağlı hazırladığı hesabatını dinlənəcəyi məsələsi gündəmə gələn kimi istər ermənilər,istərsə də onların havadarları bütün neqativ reaksiyaları ilə gündəmə gəldilər və 2016 –cı ilin yanvarında dinlənməsi nəzərdə tutulan hesabatın nə yolla olursa olsun baş tutmamasına çalışırlar.Məqsədləri isə ermənilərin həqiqətən işğalçı fəaliyyətlərini gizlətmək və bunun müqabilində terrorçu olduqları üçün mühakimələrdən yayınmaqdır. Bütün bu proseslərlə əsas mədsəd isə münaqişənin həll edilməməsinə nail olmaq və stasus-kvonu saxalamaqdır".

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə