Azərbaycan Prezidenti İlham Əliyev din xadimlərinin və dini icma rəhbərlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Beynəlxalq tolerantlıq günü münasibətilə, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib:
Allahşükür Hümmət oğlu Paşazadə
Aleksandr Gennadyeviç İşein
Vladimir Fekete
Milix İlxananoviç Yevdayev
Gennadi Konstantinoviç Zelmanoviç
Robert Baqratoviç Mobili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB