Mais Səfərli: “Ölkə başçısı humanist şəxsiyyətdir” AÇIQLAMA

Mais Səfərli: “Ölkə başçısı humanist şəxsiyyətdir” AÇIQLAMA

"Ölkə Prezidenti yüksək intellektə, savada, dünyagörüşünə malik olduğu qədər də humanist şəxsiyyətdir". Bunu SİA-ya açıqlamasında "Yurddaş" partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədri bildirib ki, müxalifətin nəzarəti altında olan informasiya vasitələrinin yazdıqları tamamilə cəfəngiyyatdır: "Arif Yunusun səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ölkə başçısının böyük humanistliyinin göstəricisidir".

Mais Səfərlinin sözlərinə görə, Azərbaycan iqtidarı cənab Prezidentin rəhbərliyi ilə dövlətimizin və xalqımızın maraqlarına uyğun siyasət yürüdür: "Ölkə Prezidenti kifayət qədər müstəqil və cəsarətli siyasəti ilə dövlətimizin dünyadakı beynəlxalq nüfuzunu daha da yüksəltməkdədir. Hazırki hakimiyyət hər hansı qüvvənin qarşısında boyun əymir. Təbii ki, bu cür cəsarətli siyasət Azərbaycanın uğurlarını gözü götürməyən bəzi dairələrin xoşuna gəlmir. Onlar hər vasitə ilə bu uğurlara kölgə salmağa çalışırlar. Cənab İlham Əliyev dəfələrlə sübut edib ki, heç bir diktə onu dövlətimizin milli maraq və mənafelərinə zidd siyasətə məcbur edə bilməz".

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə