Rusiya prezidenti Vladimir Putin "G20" sammitində iştirak etmək üçün Antalyaya gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, onu Antalya hava limanında Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker ilə Böyükşəhər Bələdiyyəsinin başçısı Menderes Türeli qarşılayıblar.
Putin daha sonra Türkiyənin Antalya əyalətinin Bələk kurort qəsəbəsində "Böyük İyirmilik" ölkələri liderlərinin sammitinə yollanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB