ATGTİ yürüş təşkil edib

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı baş vermiş terror hadisəsində həlak olanlara görə, Fransa xalqına başsağlığı vermək və terrorla mübarizədə onlarla həmrəy olub, daim onların yanında olmalarını bildirmək üçün Fransanın Azərbaycandakı səfirliyi qarşısına yürüş təşkil edib. Yürüşdə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrindən olan yüzə yaxın tələbə-gənc iştirak edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı da terrora məruz qaldığı üçün aksiya iştirakçıları bu hadisəni qətiyyətlə pisləyir.

Qeyd edək ki, ötən gün Fransanın paytaxtında baş verən partlayışda 150 nəfər ölüb. Ölənlərin 100-ü "Bataklan" teatrında saxlanınan girovlar olub.

Xatırladaq ki, bu, Fransa tarixində baş verən ən irimiqyaslı terror aktıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə