Tahir Kərimli: “Milli Şuranın cəmiyyət tərəfindən dəstəyi yoxdur” AÇIQLAMA
"Milli Şura öz radikal ambisiyalarını dəyişmədikdən sonra Koordinasiya Şurasını genişləndirməsi belə heç bir müsbət effekt verməyəcək". Bunu SİA-ya açıqlamasında "Vəhdət" partiyasının sədri Tahir Kərimli bildirib.
Tahir Kərimli deyib ki, Milli Şura istər adını, istərsə də hansısa zahiri formasını dəyişsin, bu faydasızdır: "Onun Koordinasiya Şurasını genişləndirmək niyyəti əks effekt verəcək. Hətta bu, qurum ətrafında birləşən absurd qüvvələrin belə ondan uzaqlaşmasına gətirib çıxaracaq".
Partiya sədrinin sözlərinə görə, xalqımız artıq praqmatikdir: "Xalq artıq yalan vədlərə deyil, real görülən işlərə qiymət verir. Bu vaxtacan ancaq dağıdıcı fəaliyyəti ilə seçilən Milli Şuranın cəmiyyət tərəfindən dəstəyi yoxdur".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB