Hikmət Babaoğlu: “Bu, Cəmil Həsənlinin özünü ifşası kimi başa düşülməlidir” AÇIQLAMA

Hikmət Babaoğlu: “Bu, Cəmil Həsənlinin özünü ifşası kimi başa düşülməlidir” AÇIQLAMA

"Azərbaycanda 2015-ci il 1 noyabrda keçirilən Milli Məclisə seçkilərdən sonra Azərbaycanın siyasi sistemində təsirli olan təşkilatlanmalar, siyasi güclər bir daha bəlli oldu". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Cəmil Həsənlinin "Avropa" turnesinə çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu güclərin arasında, Azərbaycan cəmiyyətinin siyasi sistemində təsiri olacaq təşkilatlanmaların içərisində nə "Milli Şura", nə də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) var: "Əlbəttə bu, Cəmil Həsənlinin xarici havadarlarını ciddi şəkildə narahat etdi. O, yeni direktiv almağa və yeni maliyyə qaynağı əldə etmək üçün "Avropa" turnesinə çıxıb. Əsl siyasətçilər belə məqamlarda xalqa üz tutur. Amma çox təəssüf ki, xaricdən təlimat alan, xaricdən aldığı direktivlər əsasında fəaliyyət göstərən "siyasətçilər" isə elə ideoloji və maddi baxımdan qidalandıqları mənbəyə gedirlər . Ona görə də bu bir daha Cəmil Həsənlinin özünün ifşası kimi başa düşülməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə