BAXCP sədri Tunisə yola düşüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyev Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (Alliance of European Conservatives and Reformists - AECR) Şurasının iclasında iştirak etmək üçün Tunisə yola düşüb. SİA-nın məlumatına görə, Şuranın iclasında BAXCP sədrinin AECR-in Reykyavik bəyannaməsini imzalayacağı və partiyanın Alyansa tamhüquqlu üzv qəbul ediləcəyi gözlənilir.

BAXCP sədrini səfərdə onun beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli müşaiyət edir.

Xatırladaq ki, AECR-in bu il mayın 22-də Londonda keçirilən illik toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə