Tural Abbaslı: "Bu, onun siyasi-hüquqi biliklərinin zəifliyindən irəli gəlir”. MÜNASİBƏT
"Belə insanların başı "kəsərik, boğarıq" söhbətlərinə o qədər qarışıb ki, artıq adi məntiqlə belə düşünə bilmirlər". Bu fikirləri SİA-ya Müsavatın keçmiş divan üzvü Tural Abbaslı Müsavatın MTNK sədri Sevinc Hüseynovanın fikirlərinə münasibət olaraq bildirib.
O deyib ki, əgər biz Ağ Bloku partiyaya çevirəcəyiksə bu halda onsuzda mən və burada təmsil olunan digər partiya üzvlərimiz qanuna müvafiq olaraq Müsavatdan istefa verəcəyik: "Həmçinin digər partiyalardan olan üzvlərimiz də eyni proseduranı keçəcəklər. Ümumiyyətlə, ölkəmizdə partiyalar haqqında qanunvericilikdə və eləcə də hər bir partiyanın nizamnaməsində qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı yalnız bir partiyanın üzvü ola bilər".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB