Rasim Musabəyov: “Ermənistan Rusiyanın cibindədir” AÇIQLAMA

Rasim Musabəyov: “Ermənistan Rusiyanın cibindədir” AÇIQLAMA

"Bu gün Rusiyanın Ermənistanla bağlı heç bir məsələsi yoxdur. Rusiya Ermənistandan nə dəstək ala bilir, nə də ki rəsmi İrəvanın hansısa məsələlərdə rolu var". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ortalıqda olan əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərində Qarabağ konfliktinin mənfi kölgəsini görməyə başlayıb. Hesab edirəm ki, münaqişənin həllinə doğru hansısa bir addımların atılması ilə bağlı müzakirələr gedir. Sergey Lavrov bu ilin sentyabrın əvvəllərində Azərbaycana da gəlmişdi. Bu gün heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın cibindədir. Rusiyanın Ermənistan üzərində təsir imkanları azalmayıb. Rəsmi İrəvan Rusiyanın dediklərindən bir addım da olsa kənara atmaq iqtidarında deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə