AMİP sədri kim olacaq? MÜNASİBƏT

Əli Orucov: “Partiya daxilində bu posta yiyələnə biləcək hazırlıqlı kadrlar kifayət qədərdir”
AMİP sədri kim olacaq? MÜNASİBƏT

"AMİP-in sədrlik postuna heç kim heç kimi gətirə bilməz. Çünki bu post seçkili qurumdur və partiyanın ali orqanı sayılan qurultay tərəfindən seçilir. Kimlərsə Etibar bəyin adından danışmasın". Bunu SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov AMİP lideri Etibar Məmmədovun sədrlik postuna partiya daxilindən deyil, partiyadan kənar iş adamını gətirəcəyi fikirlərinə münasibət bildirərkən deyib.

Əli Orucov qeyd edib ki, bu fikirlər bəzi insanların qərəzli şəkildə yaydıqları dezinformasiyalardır: "Bunu da məqsədli şəkildə etdikləri şübhəsizdir. Bu günə kimi AMİP-in sədr vəzifəsinə kənardan heç kim gətirilməyib, bu gündən sonra da lüzum yoxdur. Partiya daxilində bu posta yiyələnə biləcək hazırlıqlı siyasi kadrlar kifayət qədərdir".

AMİP rəsmisi vurğulayıb ki, partiyanın Nizamnaməsindən kənar hallara indiyədək yol verilməyib, bundan sonra da yol verilməz: "Odur ki, kimlərəsə qaranlıq qalan bütün suallara qurultayda tam aydınlıq gətiriləcək. Kimsə bundan narahat olmasın".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə