Müsavatın Divan üzvü partiya rəhbərliyi ilə razı deyil

Razim Əmiraslanlı: “AXCP-yə yenidən təklifin verilməsinin əleyhinəyəm”
Müsavatın Divan üzvü partiya rəhbərliyi ilə razı deyil

"Müsavat AXCP-yə əməkdaşlıqla bağlı əvvəllər bir neçə dəfə təklif irəli sürsə də, qarşı tərəf bu təklifə müsbət qiymət verməmişdi". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı müxalifətin seçki sonrası proseslərdə yeni əməkdaşlıq məsələsinə mmünasibət bildirərkən deyib.

Müsavat funksioneri partiya rəhbərliyinin həmin fikirdə qalmasının əleyhinə olduğunu da deyib: "Yenidən belə bir təklifin irəli sürüləcəyini gözləmirəm və şəxsən mən belə bir təklif verilməsinin əleyhinəyəm".

Divan üzvü son günlər ADP sədri Sərdar Cəlaloğlunun Müsavata əməkdaşlıq təkifinə də münasibətini bildirib. Razim Əmiraslanlı həmin təklifin müzakirə olunacağını da istisna etməyib: "ADP-yə gəlincə, əgər Sərdar bəy rəsmi müraciət edərsə, təbii ki, həmin müraciəti qəbul edərək, onu partiyada müzakirə edəcəyik".

Xatırladaq ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Razim Əmiraslanlıdan fərqli olaraq, Müsavatın ADP ilə əməkdaşlıq barədə hələlik heç bir fikri olmadığını demişdi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə