Gravity Inc. şirkətinin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, qeyri-adi quruluşu ilə yadda qalan gecədə qonaqlar sözün əsl mənasında fəza ab-havası ilə əhatələniblər. Bir neçə ay əvvəl fəaliyyətə başlayan şirkət rəsmi açılışla öz hədəflərini və gələcəklə bağlı planlarını ictimaiyyətə açıqlayaraq artıq indidən çoxlarının marağını qazana biliblər. Bir sıra tanınmış simaların da iştirak etdiyi bu tədbirdə həmçinin Gravity Inc. şirkətinin Dövlət Bayraq Günü münasibəti ilə Azərbaycana həsr etdiyi "86.6" adlı videoçarxın təqdimatı baş tutub.
https://www.youtube.com/watch?v=6GK-j4tODVg&feature=youtu.be&app=desktop
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB